Ukraynadakı müharibə xəbərlərinə baxıb, öz uşağını öldürdü

  • 2022.04.07 16:57
  • 2662 Baxış
Ukraynadakı müharibə xəbərlərinə baxıb, öz uşağını öldürdü

Amerikada yaşayan 41 yaşlı rus qadın Natalya Hiçkok 8 yaşlı oğlunu boğub öldürüb.

Bakupost.az xəbər verir ki, o digər azyaşlı oğlunu da hamamda suda boğub, sonra özünü bıçaqlayıb.

Qadın Rusiya-Ukrayna savaşından sonra baxdığı xəbərlərdən, videolardan sarsıntı keçirib, ətrafdakıların ona rus casusu kimi baxdığını düşünüb, özü və uşaqlarını kiminsə öldürəcəyini güman edib.

Onun əri də deyib ki, Nataliya hər gün müharibə xəbərlərinə baxırdı, sonra öz ölkəsinə, Rusiyaya valideynlərinin yanına getmək istəsə də, yollar bağlanıb.

Bundan sonra spirtli içki içərək, daim təşviş, qorxu içində yaşayıb.

Həbs edilən qadın məhkəmədə nə baş verdiyini, uşağı niyə öldürdüyünü anlamadığını bildirib.


Qadını qəsdən adam öldürmədə ittiham edirlər. Onu uzun müddətli həbs gözləyir.

Aygün Musayeva
BakuPost