Ukraynalı əsgər ürəyində güllə ilə 2 günə meşəni keçib

  • 2022.04.14 16:31
  • 1581 Baxış
Ukraynalı əsgər ürəyində güllə ilə 2 günə meşəni keçib

Ukrayna müharibəsində yaralanan 20 yaşlı əsgər möcüzə nəticəsində sağ qalıb. O, ürəyindən güllə yarası almağına baxmayaraq, sürünərək meşəni keçib, özünü neytral zonaya çatdırıb.

Bakupost.az xəbər verir ki, Vladimir Qordienko rus əsgərlərinin onları əvvəl əsir götürüb, sonra isə onları hərbi avtomobilə mindirib uzaqlaşdırıblar. Yolda gülləbarana məruz qalan əsgərlərin çoxu ölüb.

Yaralanan Vladimir sürünərək özünü meşəyə çatdırıb. 2 günə meşə ilə gələrək Jitomirsk əyalətinə çatıb.

Feofaniya xəstəxanasının cərrahları təcrübələrində ilk dəfə olaraq əsgərin ürəyinin işini dayandırmadan açıq əməliyyatla ürək əzələsində ilişmiş gülləni çıxara bilib.

Əməliyyat uğurla başa çatıb, əsgər ayağa qalxıb.

O bildirib ki, sağ qalacağına inanmırdı. Özünü sadəcə insanlar olan yerə çatdırıb, ölmək barədə düşünürdü.


Aygün Musayeva
BakuPost