Ukraynanın keçmiş Səhiyyə naziri həbs edildi

  • 2019.08.29 10:32
  • 7011 Baxış
Ukraynanın keçmiş Səhiyyə naziri həbs edildi
Kiyevin Peçer rayon məhkəməsi Ukraynanın keçmiş Səhiyyə naziri Raisa Boqatıryovanı 6 milyon qriven girov alternativi ilə iki ay müddətinə azadlıqdan məhrum edib. Medicina.az-ın interfaks-a istinadən məlumatına görə, məhkəmə iclasında Boqatıryova istintaqla əməkdaşlıq edəcəyini bildirib. Viktor Yanukoviçin prezidentliyi dövründə vəzifə sahibi olan qadın nədə günahlandırıldığını yalnız məhkəmə iclasından əvvəl, ona təqdim edilən sənədlərdən öyrənib. Daha əvvəl Boqatıryovanın büdcə vəsaiti ilə böyük məbləğdə fırıldaqçılıq etməkdə şübhəli bilinməsi haqda xəbər verilmişdi.
O, Ukrayna hüdudlarını prokurorluq orqanları tərəfindən ona qarşı başladılan cinayət işinin istintaqından bir neçə ay əvvəl tərk etdiyini qeyd edib.