Ultra işlənmiş qidaların niyə xərçəngə səbəb olduğu bilindi

  • 2024.04.22 22:33
  • 470 Baxış
Ultra işlənmiş qidaların niyə xərçəngə səbəb olduğu bilindi
Həddindən artıq zərərli qida yemək orqanizmin xərçəngə qarşı müdafiə mexanizmlərindən birini sıradan çıxarır.

Medicina.az xəbər verir ki, bunu Sinqapur Universitetinin tədqiqatçıları üzə çıxarıblar.

Alimlər ultra işlənmiş qidaların niyə xəstəliyin bəzi formaları ilə əlaqəli olduğunu kəşf etdiklərinə inanırlar.

Təxminən 3 milyon britaniyalı hazırda xərçənglə yaşayır və Macmillan Xərçəng Dəstəyinə görə, bu rəqəmin 2040-cı ilə qədər 5,3 milyonu keçəcəyi gözlənilir. Hər il təxminən 55 000 qadına və 400 kişiyə döş xərçəngi diaqnozu qoyulur.

Mütəxəssislər dünyada yeni xərçəng hallarının 2020-ci ildəki 2,3 milyondan 2040-cı ilə qədər 3 milyona yüksələcəyini proqnozlaşdırırlar.

Bildirilir ki, sosisli sendviç, qurabiyə və s. kimi hazır qidalarda duz, yağ, şəkər, eləcə də süni əlavələr çox olur və bunların hamısı xərçənglə əlaqələndirilir.

“Metilglioksal” bədən yağları və şəkərləri parçalayan zaman ayrılan bir birləşmədir. “Cell” jurnalında dərc edilən son araşdırma bu maddənin “BRCA2” gen mutasiyası olan siçanlarda hüceyrələrə necə təsir etdiyini araşdırıb. Bu mutasiyanın döş və yumurtalıq xərçəngi riskini artırdığı bilinir. Tədqiqatçılar “metilglioksal”ın “BRCA2” adlı, xərçənglə mübarizə aparan genin fəaliyyətini müvəqqəti dayandırdığını aşkar ediblər.

Mütəxəssislər orqanizmdə “metilglioksal”ın yüksək səviyyədə olmasının "bəzi xərçənglərdə görülən genetik mutasiya nümunəsi" ilə əlaqəli olduğunu söyləyirlər.

Professor Aşok Venkitaraman “Medical News Today”ə bildirib ki, “metilglioksal” BRCA2 zülalının məhvinə səbəb olur, onun hüceyrələrdəki səviyyəsini azaldır:

"Bu təsir müvəqqətidir, lakin BRCA2-nin antixərçəng funksiyasına maneə törətmək üçün kifayət qədər uzun müddət davam edə bilər".

Alimlər BRCA2 mutasiyası olan siçanların hüceyrələrinin “metilqlioksal”ın təsirlərinə xüsusilə həssas olduğunu müəyyən ediblər.

Professor Venkitaraman kimyəvi maddənin "BRCA2”nin şiş əleyhinə funksiyasına maneə törətdiyini və nəticədə DNT-də xərçəng inkişafının erkən xəbərdarlıq əlamətləri olan səhvlərə səbəb olduğunu bildirib.

O, əlavə edib ki, tapıntılar təkrarlanan pis qidalanma vərdişlərinin zaman keçdikcə xərçəng riskini artıra biləcəyini göstərir.

Bildirilir ki, bu təsir BRCA2 gen mutasiyası olmayan insanlarda da görünə bilər.


Aysel