Ümumi qan analizində 2 ən vacib göstərici

  • 2023.05.08 15:06
  • 2486 Baxış
Ümumi qan analizində 2 ən vacib göstərici
Klinik və ya ümumi qan analizi ən çox yayılmış müayinə növlərindən biridir. Demək olar, bütün xəstələrə ilk növbədə bu təyin edilir.

Klinik qan testi həkimlərə qanın hüceyrə tərkibi haqqında ətraflı məlumat verir

“Medicina” xəbər verir ki, həkim – cərrah Yekaterina Putilovanın sözlərinə görə, insan heç bir şeydən narahat deyilsə, ildə ən azı bir dəfə bu analizi verməlidir.

“İlk növbədə klinik qan testinin vacib markerləri bunlardır:

1. Qırmızı qan hüceyrələri

Klinik qan testində normal sayda qırmızı qan hüceyrələri - hemoqlobinin normal konsentrasiyası olmalıdır. Xəstədə bu göstəricilər azdırsa, anemiya diaqnozu qoyulur. Bunun səbəbinin təhlili üçün digər analizlər təyin edilir.

Hemoqlobinin artması ilə böyük eritrositlər aşkar edilərsə, B12 çatışmazlığı anemiyası, fol turşusu çatışmazlığı anemiyası və miyelodisplastik sindrom (hematopoetik kök hüceyrələrin funksiyasının pozulması) arasında diaqnoz seçilir.

2. Leykositlər

Ağ qan hüceyrələri bədəndə iltihaba qarşı immun reaksiya göstərə bilər. Bu qan hüceyrələri yad agentləri tanıyıb, antikor istehsal edir, bakteriyaları və mutasiyaya uğramış, köhnə hüceyrələrini məhv edir.

Təhlilin nəticələrini öyrənərkən, həkim yalnız leykositlərin ümumi sayını deyil, həm də leykosit formulasını - nisbətini, periferik qanda miyelositlərin, metamyelositlərin formalarının mövcudluğunu qiymətləndirir.

Əgər ağ qan hüceyrələri normadan azdırsa, bu, viral infeksiyanın inkişafını göstərə bilər. Eyni zamanda, təkcə leykopeniyaya deyil, leykositlərin ümumi sayının azalmasına, həm də lenfositoza da diqqət yetirilməlidir, leykositlərin azalması ilə yanaşı limfositlərin (ağ hüceyrələr) sayı əksinə çox olduqda, bu, immun sisteminin ciddi xəstəliklə mübarizə apardığına işarədir”.


Günay Quluzadə