"Uniklinika”nın dövlətə 245 min manatdan çox borcu var

  • 2026.02.19 10:25
  • 119 Baxış
"Uniklinika”nın dövlətə 245 min manatdan çox borcu var

Bakı şəhərində fəaliyyət göstərən “Uniklinika”nın (“Unikal-A” MMC) külli miqdarda vergi borcu olduğu üzə çıxıb.

“Unikal”ın əldə etdiyi məlumata görə, klinikanın hazırda dövlətə 245 min 451 manat vergi borcu var.

Qeyd edək ki, “Uniklinika” “Unikal-A” MMC adı ilə vergi uçotuna alınıb. Nizamnamə kapitalı cəmi 30 AZN olan MMC-nin direktoru Xəyal Anar oğlu Əlizadədir.