Ürək çatışmazlığı, serroz, boğulma... - 74 yaşlı xəstə sağaldı

  • 2025.11.06 09:51
  • 70 Baxış
Ürək çatışmazlığı, serroz, boğulma... -  74 yaşlı xəstə sağaldı

Ağır vəziyyətdə KTM-in Reanimasiya şöbəsinə yerləşdirilən xəstənin həyatı xilas edilib.

Medicina.az xəbər verir ki, 25 noyabrda 74 yaşlı vətəndaş huşu alaqaranlıq ve qeyri-adekvat vəziyyətdə təngənəfəslik, boğulma şikayətləri ilə yaxınları tərəfindən Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə gətirilib.

Zəruri müayinələrdən sonra xəstə durğunluq, ürək çatışmazlığı (EF-25%), qaraciyər sirrozu, assit (qarın boşluğunda maye yığılması), ikitərəfli hidrotoraks (ağciyər ətrafında maye yığılması) diaqnozları ilə Ümumi Terapevtik Reanimasiya şöbəsinə yerləşdirilib.
Müalicə həkimləri Terapevtik Reanimasiyanın şöbə müdiri Təranə Məhərrəmova və şöbənin həkimi Zümrüd Osmanovanın göstərdikləri uzunmüddətli müalicələr, zəruri intensiv reanimatik xidmətlərdən sonra xəstənin vəziyyəti stabilləşib.

Hal-hazırda pasiyentin vəziyyəti qənaətbəxşdir və yaxın günlərdə evə buraxılması planlaşdırılır.

Medicina.az