Ürək üçün ən zərərli ət budur

  • 2022.11.17 15:16
  • 2529 Baxış
Ürək üçün ən zərərli ət budur

Kardioloq Denis Sokolov insanları qırmızı ətin fəsadı ilə bağlı xəbərdar edib.


“Medicina” xəbər verir ki, hər gün ət yemək vərdişi ürək üçün təhlükəlidir.

“Ürək sağlamlığını qorumaq üçün rasionda duzu, şəkəri, doymuş yağları azaltmaq lazımdır. Bunlar zərərli qidalardır. Çox insan doymuş yağları fərqləndirə bilmir. Məsələn, yağlı mal ətində doymuş yağ var.

Əgər insanda artıq ürək zəifliyi, xroniki ürək və damar problemləri varsa, o ümumiyyətlə, qırmızı əti nadir halda yeməlidir. Rasionda doymamış yağlar çox olmalıdır. Bunlar balıq, qoz, avokado, zeytun, kətan yağlarıdır.

Ürəyi xəstə olanlar çox isti, qaynar və çox soyuq qidalardan, eləcə də ağ çörəkdən uzaq durmalı, şorbaları da azaltmalıdır”.

Aygün Musayeva