Ürək və qan damarları üçün ən əhəmiyyətli yağ

  • 2023.03.09 15:50
  • 1842 Baxış
Ürək və qan damarları üçün ən əhəmiyyətli yağ
Omeqa-3 yağ turşuları ürək sağlamlığı üçün vacibdir. Ən məşhur mənbələr yağlı balıq və zeytun yağıdır.

“Medicina” xəbər verir ki, həkim kardioloq və psixoloq Anna Koreneviç Omeqa 3- çatışmazlığının ürəyə zərərindən danışıb.

Omeqa 3 vitaminin çatışmamazlığı – dərinin quruması və qıcıqalanması , səpkilər, sızanaqalr,qara nöqtələr, unutqanlıq, diqqətin yayınması, konsentarsiyada çətinlik, yuxusuzluq və daimi yorğunluq, daimi narahatlıq, depressiya və immun sisiteminin aşağı düşməsi kimi əlamətlərlə özünü göstərir.

Məhz buna görə Omeqa3 əvəzedilməz sayılır. Biz bu vitamini yalnız yemək vasitəsi ilə ala bilərik.

Həkimin verdiyi müsahibədə deyilir ki, omeqa 3 bəzən yağlardan da ala bilərik. Bunlardan kətan toxumu yağı, çətənə yağı və zeytun yağını qeyd etmək olar.

Bu yağların tərkibində omeqa 3 yetərincə çoxdur: dəvə yağı - 38 q, sidr - 20 q, qoz yağı - 10,5 q, avokado yağı - 9,6 q, kolza toxumu - 10 q, soya - 7 q, xardal - 14 q.

Balıq yağına gəldikdə isə qızıl balığı adi siyənək balığı ilə əvəz etmək olar. Tərkibində çoxlu miqdarda Omeqa 3 var və daha az kolorilidir.

Günay Q