Ürək xəstələri hansı tərəfi üstə və necə yatmalıdır ?

  • 2021.02.04 14:03
  • 3601 Baxış
Ürək xəstələri hansı tərəfi üstə və necə yatmalıdır ?


Bir çox ürək, təzyiq xəstələri sol tərəfi üstə yatdıqda daha çox təngnəfəs və narahat olduqlarını deyib.


Medicina.az xəbər verir ki, ürək üçün ideal poza düz, kürəyi üstə, qollar yanda və ya sinədə çarpazlanmış yatışdır. Əslində ürəyə sutkada ən azı 8-9 saat yatmaq çox vacibdir.


Ürək xəstələri yataqda hansı vəziyyətdə və necə yatmalıdır ki, ürəyə rahat olsun:

- Ürək problemi olanlar çox isti otaqda yatmamalıdır, sərin olmalıdır
- Otaq tam qaranlıq, tam sakit olmalıdır
- Hər gün eyni saatda yatağa girməlidir

Ürəyin işemik, aritmiya, ürək çatışmazlığı olan xəstəliklər, infarkt keçirmiş insanlar sağ böyrü üstə yatsalar daha məsləhətdir.

Çünki bu zaman:

- ürək mədəciklərinə yük azalır

- venoz və kapilyar ağciyər damarlarının təzyiqi düşür
- Ürəyə venoz qanın axını yavaşıyır

- Simpatik sinir sisteminin tonusu azalır, bu da təzyiq və ürək ritminə yaxşı təsir edir
- Parasimpatik sinirlərin tonusu artır

- Qan atışı fraksiyası yaxşılaşır
- Yuxuda apnoenin qarşısı alınır