Əksər insanlar hər gün ürəyində öndən və arxadan qəfildən sanki ürəyinə iynə, bıçaq salındığını və sancı olmasından şikayətlənir. Çox zaman bu insanlar gənc və orta yaşlılar olur.
Ürəkdə ara-sıra sancı, batma kimi hisslərin səbəbi təkcə ürəklə bağlı olmaya da bilər.
Medicina.az ürəkdə deşici ağrının mümkün səbəblərini təqdim edir:
Ürək nahiyəsində istənilən ağrı, sancı birbaşa
ürək-damar problemləri, onurğa və onurğa sütunu problemləri, mədə və ağciyərlərdən qaynaqlana bilər.
Bəs necə bilmək olar ki, problem ürəkdə yox, ayrıdır?
Bunun üçün evdə ağrının xarakterini izləmək lazımdır. Əgər ağrı ürəkdəndirsə, onun üçün sakit və ya hərəkətli vaxtın önəmi yoxdur. İnsan uzananda da. sakit halda da, gəzəndə də sancı olur.
Yox əgər ağrı ancaq qəfil hərəkət edəndə, gəzəndə, oturub qalxanda və ya əsəbləşəndə olursa, bu daha çox başqa səbəblərdəndir.
Ürək ağrısının özəlliyi:
- Ağrı zəif başlayır, yüksəlir, sonra qəfil itir. Ürək ağrısı bir neçə dəqiqə olur. Digər ağrılar isə daimi olur və saatlarla, daha uzun müddət davam edir.
- Nitreqlisirinlə sınaq - əgər ürəyin işemik problemi varsa, nitreqliserini dilin altına qoyan kimi ağrı kəsilir. Bu zaman ürəkdən şübhələnmək olar.
- Əgər ağrı insan hərəkət edəndə əzələlərə, qabırğalara kəskin vurursa, əzələlərin spazmı baş verirsə və üstəlik xəstə ağrını izah edir, göstərir, aktiv hərəkət edirsə, deməli onun ürəyi yox, qabırğalararası siniridir.
Çünki ürək xəstəsinin danışmağa və aktiv nəyisə izah etməyə halı olmur və o ağrını ümumiyyətlə izah edə bilmir.
- Ürək ağrısında xəstə konkret olaraq bir nöqtəni göstərir və kənar heç bir fikir söyləmir. Eləcə də onun tənəffüsündə dəyişiklik olur.
Ürəkdən gələn ağrının digər əlamətləri:
- Ürək ritmi, vurğusunun ya kəskin azalması, ya artması
- Baş hərlənmə
- Soyuq tər
- Təngnəfəslik
- Dodağın, bənizin ağarması
- Ürəkbulanma
- tərləmə
- Bayılma hissi
Ürəyə bıçaq batırma ağrısının digər səbəbləri:
- Boyun və döş qəfəsində onurğa problemləri, ostexondroz
- Vegetativ distoniya, nevrozlar, taxikardiya, stress, təşviş
- Qalxanvari vəzdə problemlər
- Hər hansı virus xəstəlikləri
- Ağciyərlərin iltihabı, plevrit
- Aortanın tutulması və ya yırtılması
- Mədədə qastrit, rüflüks, QERB – turşuğulun artması, diafraqmal yırtıq
- Miozit - əzələlərin iltihabı
- Stenokardiya – damarların spazmı, qan dövranı pozulması
Bu kimi ağrılarda birinci kardioloqa gedilib yoxlanılır, daha sonra nevroloq digər səbəbləri araşdırır.
Salam həkim . Mənim 17 yaşım var. 4 gunudu ki urəyimdə sanci var dərman agrisi sol qabirga altina vurur . Agri kəsici dərman atiram sakitlasmir . Zəhmət olmasa bu agrinin səbəbini deyərdiniz . Oncədən təşəkkürlər ????
Qız
Salam hekim mende ürek sancmasi olur amma tez bitir esebleşende dayda çox olur
Ggh
salam hekim menim ureyim birde gorursuz dansidigim yerde sancir belim cox pis agryir ureyim sancir heycan qorxur olur mendr sanki bideyqa oleceyem kimi heyacananda bele oluram derman atiram karvalol ama getmir elece ureyimin dos qefesimin alti sancit bide dansdigim yerde olur
Salam hekim menim sinemin alti sancir iki gundu uje birde ciynimde sol agri olur vurur buraxir agridi sancidi biomirem ureyim altida sanci var
Baki
Salam.hekim menim 32 yasim var mede birde zob xesteliyim var burnumda baglidi nefes ala bilmirem ureyimde sancir dunen gece pis sancib nefes ala bilmirdim sizce zobdan ya mededen burundan ola biler urey sancmasi
Salam hekim bu gün axşam satt 3,4 olardi birdən oyandım gördüm ürəyim pis sancır heç yerə tərpənə bilmirdim düz 4dəfə ürəyim elə tuturdu buraxmırdı 4,5 deyqe elə sancirdi sora keçdi həmişə bir iki gün əvvəl əsəbləşəndə elə olur sora
Salam.Həkim Məndə 1 İldən çoxdur ki ürək çırpıntısı var.Bilirəm stresdəndir Amma arada bir ürəyimdə sancı olur deməy olar ki 2 gündür sizcə bir həkim kimi nə deyə bilərsiz Stresdən ola bilər
Hekim salam mende agri bu gun baslayib sidetli seher axsam kimi agriyib sanki nefes alanda ureyime sancilar dolur uzanandada agriyir qorxuramm ki ciddi bir sey olar
Bugun bas verdi yerimdən qalxan zaman ürəy nahiyəsində qəfil sanci nəfəs almam daraldi 10 15 saniyelik.sora ozune gəldi ama agrisi qalir hələdə.Muxdəlif periodlarda fərqli zamanlarda olur belə
Salam.Menim sinem agrilar qefil gelir,ele bil el salib ureyimi cirirlar,tez uzaniram kureyi uste derman atram kecir.uc defe bele olub.dediler urekde kireclenme var. Buna qarwi ne ede bilerem.regli doplerde deyibler.sag olun
Salam həkim mənim urəyimda sanci olur tez tez iki uc gundu dayanmadan sanci verir eləbil iynə batir bilmək isdiyirəm nədiesəbəbi
Salam doktur. Ureyim deşici ağrılar olur elebil daşla basırlar üstünü sanki ele pis ağrı olur 3gun ağrı verir sora olmur necə vaxt sonra yenə olur təngnəfəs oluram nefes alıb vermede çətinlik cekirem buna bir aydınlıq getirerdiniz