Ürəyi ağrıyanlar, təzyiqi olanlar bu analizi versin - DİQQƏT

  • 2022.08.23 17:26
  • 2052 Baxış
Ürəyi ağrıyanlar, təzyiqi olanlar bu analizi versin   - DİQQƏT


Ürək-damar xəstəliklərinin yaranmasında təkanverici faktorlardan biri də sidik turşusudur.


Medicina. xəbər verir ki, sidik turşusunun cüzi artması təzyiqi qaldırır.


Sidik turşusu hipertoniya, infarkt, insult, böyrək xəstəliklərinin səbəbidir.


Kişilərdə sidik turşusunun qanda miqdarı 400 mkmola qədər, qadınlarda isə 360-dan az olmalıdır. Bundan yuxarı olduqda bu hal artıq hiperurikemiya adlanır və çox təhlükəlidir.


Uzun müddət sidik turşusu çoxluğu podaqra yaradır, müxtəlif orqanlarda kristalların yığılması və fibrozuna səbəb olur. Böyrək və sidik yollarında daş yaradır.

Sidik turşusu damarların endotelini zədələyir, damarların içini daraldır, böyrəklərin funksiyasını pozur.

Arteriyalarda ateroskleroz, ürəyin işemik xəstəliyini aktivləşdirir.


Ona görə də ürəyində, təzyiqində problem olanlar mütləq bu analizi verməlidir.

Aygün Musayeva