20 ildən çox infarkt xəstələrini müalicə edən kardioloq Sanjay Bhojraj səhər saatlarında ürək sağlamlığına mənfi təsir göstərə biləcək 5 vərdişi açıqlayıb.
Medicina.az xəbər verir ki, səhər saatlarında çox şəkərli qəhvə, şirin un məmulatları, kolbasa və digər emal olunmuş ətlər, enerji içkiləri qəbul etməkdən uzaq durmaq lazımdır.
Həkim həmçinin stress içində ac qalaraq yalnız qəhvə içməyi də tövsiyə etmir. Onun sözlərinə görə, qəhvəni az şəkərlə qəbul etmək və yanında yumurta, qatıq, meyvə və ya qoz-fındıq kimi qidalar yemək daha uyğun seçimdir.
Xanım,
Medicina.az