"Uşağa lazımsız yerə dərmanlar içirməyin" - Baş pediatr immunitetdən danışdı

  • 27 İyl 2021 16:10
  • 775 Baxış
"Uşağa lazımsız yerə dərmanlar içirməyin"   - Baş pediatr immunitetdən danışdı

Uşağa boş yerə dərman içirməyin bir mənası yoxdur.

Medicina.az xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin Baş pediatrı Erkin Rəhimov nazirliyin rəsmi instagram hesabında baş tutan canlı yayımda deyib.

“Uşaqlarda immunitet” mövzusunda danışan həkim bildirib ki, uşaqlar zaman keçdikcə qarşılaşdığı xəstəliklərə qarşı immunitet qazanır.

“İmmunitet bədənimizin xaricdən gələn viruslara qarşı verdiyi bir cavabdır, bir növ bizim qoruma mexanizmidir. Yeni doğulan uşaqda əgər hər hansı problem yoxdursa, var olur, sadəcə getdikcə təkminləşir. Ağ rəngli qan hüceyrələri isə xüsusi immunitet sayılır. Onların elə növləri var ki, ifraz etdiyi bəlli maddə və cisimciklər özü mikrobları öldürür, bəziləri bilavasitə özü bu mikroblara qarşı savaşır.

İmmunitet anadangəlmə və sonradan qazanılır. Plasenta və ana südü vasitəsilə anadan keçən qoruyucu hüceyrələr uşağı qoruyur. Buna passiv immunitet deyilir. Odur ki, yeni doğulmuş uşaqlar üçün ən vacib qida növü ana südüdür. Bilirik ki, 3-6-a qədər uşaqlar demək olar ki, çox xəstələnmirlər. Bu, ana südündən uşaqlara keçən qoruyucu hüceyrələrin hesabına baş verir.