Uşağı qaçırıb orqanlarını oğurladılar - Dəhşətli iddia

  • 2026.05.13 23:17
  • 232 Baxış
Uşağı qaçırıb orqanlarını oğurladılar -  Dəhşətli iddia

Sosial mediada yayılan görüntülər Çində qəzəbə səbəb olub və orqan qaçaqmalçılığı ilə məşğul olan bir qrupun uşaqları qaçırdığı iddia edilib.

Medicina.az xəbər verir ki, orqan qaçaqmalçılığı ilə məşğul olan bir qrupun uşaqları hədəf aldığı iddiası ilə paylaşılan videoda şübhəlinin azyaşlı uşağın ağzını parça ilə örtməsi və huşunu itirməsi göstərilir. Daha sonra görüntülərdə şübhəlinin uşağı liftdən çıxarıb uzaqlaşdırması göstərilir.



Video sosial mediada aşağıdakı ifadə ilə yayıldı:

“Uşaq orqanlarını yüksək qiymətə satırlar. Artıq onları təkbaşına çıxarmaq çox təhlükəlidir, məsuliyyət valideynlərin üzərindədir.”

Bir çox istifadəçiyə tez bir zamanda çatan görüntülər, xüsusən də uşaqların təhlükəsizliyi ilə bağlı narahatlıqları artırdı.



Yerləşdirilən paylaşımlarda Çində qaçırılan gənc qızın cəsədinin üç gün sonra tapıldığı, böyrəklərinin və ürəyinin çıxarıldığı iddia edildi. Hadisə ilə bağlı rəsmi orqanlar tərəfindən dəqiq bir açıqlama verilməyib.

Sosial mediada sürətlə yayılan videoların çəkildiyi vaxt və yer hələ təsdiqlənməyib. Rəsmi mənbələrdən görüntülərin həqiqiliyi ilə bağlı heç bir qəti məlumat paylaşılmasa da, hadisə sosial mediada geniş əks-səda doğurub.

Aygün

Medicina.az