Uşağın burnunda asma qıfıl ilişdi

  • 2026.01.29 19:57
  • 109 Baxış
Uşağın burnunda asma qıfıl ilişdi



Nadinc uşaqların burunlarına yad əşyalar soxması qeyri-adi hal deyil.
Amma adətən bunlar oyuncaq hissələri, kiçik toplar, qələm qapaqları və digər kiçik əşyalar olur.

Medicina.az xəbər verir ki, Huaihuadan (Çin) olan oğlan özünü xüsusi çətin vəziyyətə salıb: asma qıfıl burnuna ilişib. Oğlanın burnuna niyə belə bir əşyanı soxduğu bəlli deyil, amma çox güman ki, burnu halqalı öküzə oxşamaq istəyib.

Valideynlər tez bir zamanda problemin öhdəsindən gələ bilməyəcəklərini anlayıb, fövqəladə xidmətinə zəng etdilər. Onlar son dərəcə ehtiyatla asma qıfılı kəsməyi bacardılar.

Təəccüblüdür ki, kiçik fırıldaqçı ağrıya baxmayaraq bütün əməliyyat boyunca sakit qalıb və qorxmayıb.

Medicina.az