Uşağın burnundan çıxan yad cisim hamını təəccübləndirdi - FOTO

  • 2026.08.04 20:13
  • 128 Baxış
Uşağın burnundan çıxan yad cisim hamını təəccübləndirdi -  FOTO

Bakıda uşağın burnundan yad cisim çıxarılıb.

Medicina.az xəbər verir ki, bununla bağlı pediatr Aytən İsmayılzadə bildirib.

Həkim valideynlərə xəbərdarlıq edib:

"Elə indilərdə uşağın burnundan çıxarılan yad cisim... Göz kölgəsi fırçasının süngəri. Uşaqlar anlayana kimi bu məsələ aktualdır. Anlamaq da hər usaqda fərqli yaşda olur. Ancaq 1-3 yaşlarında demək olar ki hamısı eyni şeyi edir. Burnuna, qulağına nə isə salır. Əgər valideyn gördüsə ki, uşaq burnuna nəsə saldı, onu üfürməyə, çıxarmağa cəhd etməsə yaxşıdır. Çunki əksər halda həmin yad cisim daha arxaya gedir və ya nəfəs yoluna düşür. Belə olanda vəziyyət daha da çətinləşir. Nəfəs yoluna yad cisim düşməsi həyati risk daşıyır. Elə onun çıxarılması da risklidir. Uşaq yad cismi bu cür axşam saatlarında burnuna saldısa sabahı gözləmək olmaz. Çunki gecə saatlarında nəfəs alarkən nəfəs yoluna gedə bilər. Əgər bu yad cisim noxud, lobya dənəsi olarsa o selikli qişa nəmliliyində şişir və onu sonra çıxarmaq da çətin olur".



Pediatr əlavə edib ki, yad cismi çıxarmaq üçün buruna yağ da tökmək olmaz:

"Çünki yaş onu daha da sürüşkən edib nəfəs yoluna aparar. Bəzən udlaqdan qida borusuna da keçə bilər. Amma əksi də ola bilər. Yəni nəfəs borusuna düşə bilər. Sümükdən, metaldan olmayan belə yad cisimlər rentgen muayinəsində də görünmür. Belə olanda KT müayinəsi tələb olunur ki, yad cismin hara getdiyi dəqiqləşdirilsin. Yad cisim bronxa düşəndə xüsusi səs gəlir, amma gəlməyə də bilər, bu da yad cismin bronxda yerləşməsindən asılı olur. Bronxa düşən yad cismi çıxarmaq üçün bronxoskopiya tələb olunur və ümumi anesteziya (narkoz) altında aparılır. Odur ki, yad cisim burundadırsa və siz çıxara bilən deyilsə mütləq qulaq-burun-boğaz həkiminə müraciət edin.".0


Aygün
Medicina.az