Uşağın immunitetini polad kimi möhkəm edən su metodu – Sibir xalqlarının üsulu

  • 2019.06.24 20:32
  • 20289 Baxış
Uşağın immunitetini polad kimi möhkəm edən su metodu –  Sibir xalqlarının üsulu
Uşaq orqanizmini körpəlikdən möhkəmlətmək lazımdır. İndi çox analar uşaqların zəifliyindən, tez-tez xəstələnməsindən gileylənir, amma immuniteti möhkəmlətmək üçün tədbirlər görmür.


Medicina.az Rusiya və Sibir xalqlarında qədimdən sınanan bir üsulu təqdim edir.


7-12 yaşlı uşaqlar üçün tətbiq edilən bu metodda uşaq həftədə 2 dəfə soyuq su ilə dolu vannaya dizə kimi ayaqlarını qoyub, 5 dəqiqə gözləyir, sudan çıxan kimi otaqda və ya həyətdə ayaqyalın 3 dəqiqə qaçmalıdır. Bu mütləq bu ardıcıllıqla həyata keçirilməlidir.  Prosedur 10 gün təkrarlanır. Əllərlə də hər gün dirsəyə kimi soyuq suda 2 dəqiqə saxlanılır. 


Prosedur zamanı ilıq çay və ya çobanyastığı dəmləməsi içmək lazımdır.