Uşaq ana bətnində niyə təpik atır?

  • 2018.12.07 11:53
  • 20068 Baxış
Uşaq ana bətnində niyə təpik atır?
Uşağın ana bətnində müəyyən aylarda hərəkət etməsi normal qarşılansa da, onun bəzən təpik atması ananı qorxuya salır. 


Medicina.az xəbər verir ki, Kazan Federal Universitetinin alimləri ana bətnində olan uşaqların nə üçün təpik atdıqlarını, kəskin hərəkətlər etdiklərini Fransanın "Inserm” şirkətindən olan həmkarları ilə birlikdə araşdırıblar.


Məlum olub ki, bu, uşağın onurğa beynində sinir hüceyrələri arasında neyron əlaqələri formalaşdırmaq üçün lazımdır. Alimlər eksperiment apararaq yenicə doğulmuş siçovul balalarını müşahidə ediblər. Elm adamları gör, siçovul balaları dünyaya göz açdıqları ilk həftə ərzində qeyri-iradi dartınır. Tədqiqatçılar hesab edirlər ki, ətraflar üçün sensomotor sinxronlaşdırma bu şəkildə formalaşır. Eyni proseslər insanda da baş verir, amma daha erkən mərhələdə - ana bətnində.

Uşaq ana bətnində niyə təpik atır?