Uşaq beyninin həddindən artıq yüklənməsi fəsadlar açır

  • 2026.01.13 17:07
  • 120 Baxış
Uşaq beyninin həddindən artıq yüklənməsi   fəsadlar açır


Psixi funksiyalardan birinin normadan artıq inkişafı enerji balansının pozulmasına gətirib çıxarır. Bu hal ilkin mərhələdə hiss olunmasa da, sonrakı yaş dövrlərində diqqət zəifliyi, görmə–hərəkət koordinasiyasının pisləşməsi və digər problemlərlə özünü göstərə bilər.

Medicina.az xəbər verir ki, zehni yorğunluğun əsas səbəbləri daimi stres, emosional gərginlik, qeyri-sağlam həyat tərzi, balanssız qidalanma, nizamsız yuxu rejimi və fiziki aktivliyin azlığıdır. Zehni yorğunluq yaşayan uşaqlar məlumatları emal etməkdə çətinlik çəkir, diqqətini cəmləyə bilmir. Bu isə ümidsizlik, motivasiya itkisi, əsəbilik, sosial təcrid, baş ağrıları, daimi yorğunluq, çəki azalması və ya artması kimi hallara yol aça bilər.
Məktəbli uşaqların balanslı və vitaminlə zəngin qidalanması olduqca vacibdir. A, B, C və D vitaminlərinin qəbulu təmin edilməli, yuxu rejiminə ciddi əməl olunmalı, ekran və telefon oyunlarına sərf olunan vaxt məhdudlaşdırılmalıdır.

Balıq, qoz, yumurta, badam və süd məhsulları beyin fəaliyyəti üçün faydalıdır. Səhər və axşam qəbul edilən bal şərbəti beynin qlükozaya olan tələbatını ödəyərək yaddaşı gücləndirir. Fiziki hərəkətlər, xüsusilə onurğa sütununu gücləndirən idman növləri beyin qan dövranını artırır.

Uşaqlar bizim gələcəyimizdir. Onların sağlamlığına və düzgün inkişafına diqqət yetirməklə, sağlam və güclü bir cəmiyyətin təməlini qoya bilərik.

Aygün Musayeva
Medicina.az