Uşaq qidalarıyla başğlı ŞOK ARAŞDIRMA - Əqli gerilik, xərçəng yaradır

  • 2017.11.01 19:45
  • 21415 Baxış
Uşaq qidalarıyla başğlı  ŞOK ARAŞDIRMA - Əqli gerilik, xərçəng yaradır
Körpələr üçün satılan hazır uşaq qidalarının tərkibində arsenik, qurğuşun və buna bənzər digər zəhərli metal qalıntıları təsbit edilib. 

 

Medicina.az xəbər verir ki, bu, Amerikada uşaq qidaları üzərində aparılan araşdırma zamanı məlum olub. Clean Laber Project adlı təşkilat tərəfindən son 5 ay ərzində ölkənin super marketlərində satılan qidaların 530 məhsulu üzərində testlər edilib. 100 məhsuldan 65-də arsenik, 36-da qurğuşun, 58-də isə kadmiyum aşkar edilib. Uşaq qidalarının istehsalçıları olan Gerber, Enfamil, Plum Organics, Sprout ən pis firma adlandırılıb.


Mütəxəssislərin sözlərinə görə, arsenik zəhərlənməsi əqli geriliyə, ürək-damar, şəkər xəstəlikləri və hətta xərçəngə səbəb ola bilər. 


Ekoloji Mühit Qoruma Agentliyinin verdiyi məluamat görə, qurğuşun zəhərlənməsi isə uşalarda əqli gerilik, eşitmə problemləri, qansızlıq kimi problemlərə yol aça bilər.