Uşaq vaxtı udduğu termometr – 20 il sonra çıxarıldı

  • 2026.04.16 20:27
  • 309 Baxış
Uşaq vaxtı udduğu termometr  – 20 il sonra çıxarıldı


Vençjoudan (Çin, Zhejiang əyaləti) olan Vanq mədə ağrısı ilə xəstəxanaya üz tutub.



Medicina.az xəbər verir ki, müayinə zamanı həm həkimlər, həm də xəstənin özü şoka düşmüşdür:

Vanqın mədəsində yad bir cisim görülüb ki, bu da civə termometri kimi müəyyən edilib. Çaşqınlıq içində olan Vanq 12 yaşında soyuqdəymə keçirəndə ağzında tutduğu termometri təsadüfən udduğunu deyir. Qorxmuş oğlan valideynlərinə bunu deməyib, valideynləri isə termometri unutmuşlar. Yalnız 20 il sonra eyni termometr 32 yaşlı kişini narahat etməyə başlayıb.

Cərrahlar yad cismi cəmi 20 dəqiqə ərzində çıxardılar. Əməliyyat olduqca həssas idi, çünki termometr uzun müddət xəstənin bədənində idi və öd yollarına yaxın yerləşirdi. Xoşbəxtlikdən termometr bütöv çıxarıldı.

Aygün Musayeva