Uşaq yazarı ərini zəhərləməkdə ittiham olunur

  • 2026.02.25 13:06
  • 206 Baxış
Uşaq yazarı ərini zəhərləməkdə ittiham olunur


ABŞ-də uşaq kitabının müəllifi ərini zəhərləməkdə ittiham olunur

"Sən mənimləsən?" kitabının müəllifi Kouri Riçins əri Erik Riçinsin qətlində şübhəli bilinir.

Medicina.az xəbər verir ki, iddialara görə, 2022-ci ildə qadın həyat yoldaşı üçün "Moscow Mule" kokteyli hazırlayıb, içkiyə fentanil qatıb.

Ekspertiza 39 yaşlı kişinin orqanizmində ölümcül həddi beş dəfə aşan narkotik maddə dozası aşkar edib.

İstintaqın məlumatına görə, ərinin ölüm anında yazıçının 1 milyon dollardan çox borcu olub, Erik Riçinsin isə təxminən 4 milyon dollarlıq sərvəti varmış. Hüquq-mühafizə orqanları qətlin maraq naminə törədildiyini ehtimal edir.

Prokurorluq Kouri Riçinsə qarşı qəsdən adam öldürmə, qətlə cəhd, sənədlərin saxtalaşdırılması, dələduzluq və ərinin xəbəri olmadan ümumilikdə 2 milyon dollara yaxın məbləğdə dörd həyat sığortası müqaviləsinin rəsmiləşdirilməsi maddələri üzrə ittiham irəli sürüb.

medicina.az