"Uşaqda qızılca gördüyünüz zaman xəstəxanaya aparın"- TƏBİB rəhbəri

  • 2023.12.20 15:37
  • 1080 Baxış
"Uşaqda qızılca gördüyünüz zaman xəstəxanaya aparın" - TƏBİB rəhbəri
Bizim çağırışımız budur ki, valideynlər övladlarında qızılcanın hansısa simptomunu aşkar edərlərsə, birbaşa tibb müəssisələrinə müraciət etsinlər. Tibb müəssisələrimiz, həkimlərimiz, səhiyyə işçilərimiz buna hazırdırlar. Əgər ehtiyac olarsa, onlar stasionar müalicəyə cəlb olunacaqlar, bunun üçün zəruri şərait mövcuddur. Bu istiqamətdə dərman təminatı ən üst səviyyədədir.


"Medicina" xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov ju deyib.


"Xəstəxanalarda heç bir problem yoxdur. Vətəndaşlar övladlarında yaranmış hər hansı bir simptomun aradan qaldırılması, xəstəliyin müalicəsi ilə bağlı çox rahatlıqla həm sahə həkimlərinə, həm infeksion bölmələrə, həm də xəstəxanalara müraciət edib tibbi xidmətlər əldə edə bilərlər.


Bu gün tərəfimizdən aşkar edilən məqamlar odur ki, vətəndaşlar evdə müalicəyə üstünlük verirlər. Biz isə qətiyyən bunun tərəfdarı deyilik. Bununla bağlı tibb müəssisələrinə xüsusi təlimatlar göndərilib.

Sahə həkimləri öz ərazilərində həm xəstələrin vəziyyətini, həm də onların ailə vəziyyətini dəyərləndirirlər. Hansı xəstənin stasionar müalicəyə ehtiyacı varsa, xəstəxanaya yerləşdirilir, hansı xəstənin evdə müşahidəyə ehtiyacı varsa, evdə müşahidə altında saxlanılır. Bu iş keyfiyyətli şəkildə davam etdirilir. Çağırışımız ondan ibarətdir ki, övladında hər hansı simptom müşahidə edilən valideynlər dərhal tibb müəssisələrinə müraciət etsinlər”.