Uşaqlar arasında yayılan virus - Niyə canından çıxmır?

  • 2025.12.30 09:46
  • 68 Baxış
Uşaqlar arasında yayılan virus -  Niyə canından çıxmır?

Son zamanlar uşaqlar arasında yayılan virus valideynləri çox narahat edir.

Medicina.az bildirir ki, virusla bağlı pediatr Tərlan Əyyubov açıqlama verib.

Həkim qeyd edib ki, bu, asqırma, öskürək, yüksək temperatur, qusma, ishal kimi simptomlarla özünü göstərir:

"2-3 gün keçdikdən sonra eyni simptomlarla 1 ay ərzində yenidən geri qayıdır. Nəzərinizə çatdırmaq istərdim ki, bu, bir neçə virusun işidir. Reno-viruslar, adino-viruslar, entro-virusların bir çox növləridir. Hansı ki, qripə bənzər əlamətlər göstərirlər. Bu virusların aktivləşməsi üçün payız-qış ayları olmalıdır. Həmişə olub, gələcəkdə də olacaq. Gigiyena qaydalarına əməl etməklə, maskadan düzgün istifadə etməklə, tez-tez və bol miqdarda su verməklə uşaqları qoruya bilərsiniz. Temperatur 3 gündən çox davam edərsə mütləq həkimə müraciət edin. 38-ə qədər temperaturda uşaqlara heçnə verməyin".

Aygün
Medicina.az