Uşaqlara hepatit içdikləri sudan yoluxur

  • 2023.11.20 16:20
  • 2025 Baxış
Uşaqlara hepatit içdikləri sudan yoluxur

Son zamanlar uşaqlarda A hepatitinə yoluxma hallarının artması valideynləri qorxuya salıb.


Bir uşaq necə ola bilər ki, qareaciyər hepatitinə yoluxsun.



"Medicina" xəbər verir ki, Rusiyalı akademik Gennadiy Onişenko içməli su ilə diqqətli olmağa çağırıb.



"Hepatitdən qorumaq üçün su və yeməyin keyfiyyətinə fikir verin.

Səyahətlər zamanı içdiyiniz suyu bağlı butula alın, yaşadığınız yerdə yoluxma sayına fikir verin, uşaqları böyüklərlə sıx ünsiyyətdən qoruyun".


Hepatit infeksiyası, əsasən çirklənmiş qida və su vasitəsilə baş verir. Xəstə ilə birbaşa əlaqə zamanı, həmçinin bir qabdan və ümumi tualetdən istifadə zamanı bu virus orqanizmə keçə bilər.

Hepatit A 4-10 gün davam edən hərarət, zəiflik və pis hiss, iştahsızlıq, ürəkbulanma və qusma, əzələ ağrıları ilə başlayır. Xəstəliyin növbəti mərhələsində qaraciyər prosesə qoşulduqda sidik qaralır.

Daha bir-iki gün sonra gözlərin və dərinin ağları saralır (sarılıq), nəcis rəngsizləşir. Bu zaman ilkin qızdırma və ürəkbulanma yox olur. Xəstə ümumi qaşınma və qarın ağrısı hiss edə bilər.

Bəzi insanlarda, xüsusən də uşaqlarda hepatit A asomptomatik ola bilər və buna görə də xəstəliyə səhv diaqnoz qoyula bilər".

Aygün Musayeva