Kaliforniyanın Lankaster şəhərində yaşayan qadın İbtidai Məktəbdə oxuyan 3 oğlunda problem yarandığının fərqinə varıb.
Medicina.az xəbər verir ki, 8-11 yaşlarında olan uşaqlar halsız və xəstə görünürdülər. Ataları narahatlıqla şübhəli bir şey yeyib-yemədiklərini soruşduqda, uşaqlar yalnız konfet yediklərini deyib.
Məlum olub ki, məktəbdə 59 yaşlı müəllim Felisiya Boyd onlara qardaşlardan birinin ad günü şərəfinə şirniyyat vermişdi.
Ata uşaqlarını xüsusu analizdən keçirib və onlara kannabislə örtülmüş konfetlər verildiyi məlum olub. Felisiya şirniyyatı qanuni olaraq əldə etsə də məktəb ərazisində bu cür əşyaları saxlamaq hüququna malik deyildi.
Müəllimə barədə işindən uzaqlaşdırılma əmri verilib.
Aygün Musayeva