Uşaqlarda koronavirus hansı əlamətlərlə keçir?

  • 2020.04.17 18:52
  • 2748 Baxış
Uşaqlarda koronavirus hansı əlamətlərlə keçir?

Tibb mütəxəssisləri koronavirusa yoluxmuş uşaqları analiz edərək, onlarda xəstəliyin əlamət və gedişini öyrəniblər.

Medicina.az xəbər verir ki, uşaqlar virusa yoluxur, amma simptomları uzun müddət və ya heç özünü göstərmir.

Amma virusun RNA-sı onların nəcisində uzun müddət yaşayır. Bu səbəbdən uşaqlar virusu digər ailə üzvlərinə tualetdən sonra əllərini yumadıqd fekal-oral yolla ötürür. Bu dizenteriya kimidir.


Çinin Quançjou tibb universitetinin əməkdaşları 745 uşaqları təhlil edərək, azyaşlı xəstələrdə pnevmoniyanın ciddi və aşkar əlamətlərini görməyiblər.

Uşaqlarda baş ağrısı, əzələ ağrısı, ürəkbulanma, qusma olmayıb. Virus uşaq orqanizmində hətta testlər mənfi göstərsə belə qalmağa davam edib.


Ona görə də uşaqlar koronavirusun gizli və daha uzun müddətli daşıyıcısı və yoluxdurucularıdır.