Uşaqları boğub öldürə biləcək qidalar

  • 2023.02.13 15:03
  • 2338 Baxış
Uşaqları boğub öldürə biləcək qidalar

Uşaqların mədəsi göbələkləri, qoyun ətindəki yağları, konservantları çox olduğundan kolbasanı həzm edə bilmir.


"Medicina" xəbər verir ki, rus pediatrı 3 yaşdan kiçik uşaqlara təhlükəli ola biləcək qidaları açıqlayıb.


“Valideynlər uşaqları boğula biləcək qidalardan, xüsusən də tənəffüs yollarını bağlayacaq qədər dənəvər olan qidalardan uzaq tutmalıdırlar. Məsələn, üzüm, qoz-fındıq, albalı, tərkibində çoxlu miqdarda aromat və boyalar olduğundan kolbasa məhsulları kiçik uşaqlar üçün təhlükəlidir”.


Eləcə də qoyun, donuz, ördək və qaz əti də çətin həzm olunur.. Bal və qoz-fındıq isə bəzən allergiyaya səbəb olur.


Tərkibində bakteriya olduğundan uşaqlara duza qoyulmuş pomidor və turşu vermək də tövsiyə edilmir. Şirniyyatlar isə uşaqlarda nəinki dişlər çürüdür, həm də diabet və piylənməyə səbəb olur.