Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

“Uşaqları karantində saxlamayaq, parkları açın” - Alimlərin Putindən xahişi

  • 2020.04.21 18:44
  • 1998 Baxış
“Uşaqları karantində saxlamayaq, parkları açın”   - Alimlərin Putindən xahişi


Rusiya prezidenti Putinin koronavirus pandemiyası ilə əlaqədar ölkənin virusoloqları ilə telegörüşü baş tutub.

Görüşdə Epidemiologiya və Mikrobiologiya Mərkəzinin direktoru Aleksandr Qiçburq virusun çox hiyləgər olduğunu bildirib.


“Əbəs yerə deyil ki, o RNA viruslar içində ölçücə ən böyüyüdür. O, immun sistemi aldadır və antitel sintezinə imkan vermir”.


Mütəxəssislərin Putindən etdiyi xahişlərin içində parkların açılması olub.
Vaksinlər elmi institutunun direktor müavini Nikolay Filatov uşaqların koronavirusu ağır keçirmədiyini və böyüklərdən onlara heç bir təhlükə olmadığını əsas gətirərək uşaq bağçaları və məktəbləri açmağı məsləhət görüb.


“Parklar, xiyabanlar, istirahət yerləri açıla bilər. Bağlı meydançaları görəndə bu tədbirin məğzini başa düşmürəm. Uşaqlar parkda, oyun meydançasında oynaya bilər. Təbii ki, böyüklər arasında məsafə gözlənilməklə. Uşaqları evdə saxlamaqla onları heç bir şeydən qorumuruq”.


Putin uşaqların koronavirusu necə keçirməsi ilə maraqlanıb. Lobzin uşaqların koronavirusu simptomsuz keçirdiyini və daşıyıcı, yoluxdurucu olmasını bildirib. Ona görə uşaq bağçaları və məktəblərin açılması məsələsi barəsində ciddi düşünmək lazımdır.