ÜST: Koronavirusla bağlı 8 peyvənd klinik sınaqların sonuncu mərhələsindədir

  • 2020.09.20 09:52
  • 2563 Baxış
ÜST:  Koronavirusla bağlı 8 peyvənd klinik sınaqların sonuncu mərhələsindədir
Hazırda dünyada yeni növ koronavirusla (COVİD-19) əlaqədar 8 peyvəndlə bağlı sınaqlar klinik yoxlamaların sonuncu, üçüncü mərhələsindədir və insanlar üzərində testdən keçirilir.

Medicina.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

ÜST bir peyvəndlə bağlı isə üçüncü mərhələdə sınaqların aparılmasına icazə verib. ÜST üçüncü mərhələ sınağı aparılan peyvəndlərdən 5-nin təcili istifadəsinə də icazə verib. Onlardan ABŞ və İngiltərədə iki peyvəndin sınaqlarının oktyabrda tamamlanaraq kütləvi şəkildə tətbiq edilməsi nəzərdə tutulur.

Bundan əlavə, Çin və Rusiya hökumətləri tərəfindən təcili istifadəsinə icazə verilən sınaqları başa çatmamış 3 peyvəndə isə klinik sınaq proqramından əlavə tibb və dövlət sektorunda çalışanlara vurulmasına icazə verilib.