Üz qulluğunda doğru bilinən yanlışlar - Bunları etməyin!

  • 2022.10.06 14:00
  • 1767 Baxış
Üz qulluğunda doğru bilinən yanlışlar -  Bunları etməyin!
Dəriyə qulluqla bağlı müxtəlif məsləhətlər eşidə bilərsiniz. Amma eşitdiyiniz hər şeyi tətbiq etmək heç də düzgün deyil. Çünki bəzi yanlış fikirlər dərinizə fərqinə varmadan zərər verər.


Əvvəlcə mütləq dəri tipinizi müəyyənləşdirməli və düzgün, orijinal məhsullardan istifadə etməlisiniz.


Bakupost.az üz dərisinə qulluqda edilən səhvləri təqdim edir:


Gün ərzində içilən su dərini nəmləndirir

Suyun həm sağlamlıq, həm də dəri üçün faydaları saysız-hesabsızdır. Ancaq dərinin nəmini tək su içməklə qarşılaya bilməzsiniz. Dərinin nəm balansını qorumaq üçün peşəkar dəriyə qulluq kremlərindən istifadə etməlisiniz. Tərkibində hialuron turşusu olan məhsullar sayəsində dərinizin nəm saxlamasını təmin edə bilərsiniz.


Göz ətraflına qulluq qaralmalara kömək edər

Satışda göz altındakı qaraları yox etmək üçün çoxlu qulluq məhsulları var. Ancaq gözaltı qaralmalarla mübarizə düşündüyünüz qədər asan deyil. Müntəzəm olaraq qulluq göstərsəniz belə, bəzən həmin qaralar getməz. Bəzənsə, gözaltındakı qara dairələr genetik ola bilər.


Günəş kremindən yalnız yayda istifadə etmək

Dərini günəş şüalarının zərərli təsirlərindən qorumaq üçün günəşdən qoruyucu kremlərdən istifadə etməyi vərdiş halına gətirmək lazımdır. Dərini günəş şüalarından qorumaq üçün bütün fəsillərdə günəş kremindən istifadə edilməlidir.


Hər dəriyə nəmləndirici sürtmək olmaz

Sızanağa və qara nöqtələrə meylli olan yağlı dəri tipləri adətən nəmləndirici kremlərdən istifadə etmirlər. Ancaq dərinizi gel və ya köpük köməyi ilə yuduqdan sonra nəmləndirici krem sürtməmək dəridə daha çox sebum əmələ gəlməsinə, dərinin daha yağlı olmasına səbəb olur. Dəri nəmini itirdikcə daha çox yağ hasil etməyə başlayır. Bu səbəbdən yağlı dərilər mütləq su əsaslı nəmləndirici tətbiq etməlidir.


Dəriyə düzgün qulluq necə olmalıdır?


Üzünüzü yuyun, təmizləyin.
Sonra dərinizə tonik çəkin və onu yağ, kir və makiyaj qalıqlarından təmizləyin.
Dərini sıxlaşdıran serum çəkin.
Masaj edərək dəri tipinizə uyğun nəmləndirici tətbiq edin.
Sonra günəş kreminizi çəkin.