"UZİ" və rentgen də tibbi sığortaya daxildir - Ödənişsiz

  • 2021.04.16 17:01
  • 3578 Baxış
"UZİ" və rentgen də tibbi sığortaya daxildir   - Ödənişsiz

“İcbari tibbi sığorta çərçivəsindəki tibbi xidmətlərdən artıq bütün ölkə üzrə yararlanmaq mümkündür. UZİ və rentgen də sığortaolunanlar üçün pulsuzdur”.

Medicina.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova bildirib.

Onun sözlərinə görə, lakin bu, həkim təyinatı ilə olmalıdır: “Həkim təyinatı, tibbi zərurət varsa, həm ultrasəs, həm də rentgen müayinəsindən pulsuz istifadə etmək mümkündür”.