Tərkibindəki minerallar sayəsində duzlu su ilə üzünüzü yumaq iltihabı azaldır və təmizləyici təsir yaradır.
Medicina.az xəbər verir ki, dəri sağlamlığına müsbət təsir göstərən maqnezium, kalium, kalsium kimi minerallar sayəsində bu üsul təbii dəri təmizləmə və baxım alternativi təqdim edir.
Bununla belə, tətbiqin tezliyinə, məhlulun konsentrasiyasına və fərdin dəri növünə diqqət yetirilməlidir. Əks halda, quruluq, qıcıqlanma və həssaslıq kimi mənfi təsirlər yarana bilər.
DUZLU SUYUN ÜÇ BİLMƏYƏN FAYDASI
1. Ölü dərini və məsamələri təmizləyir
Tərkibindəki minerallar sayəsində duzlu su ölü dəri hüceyrələrini təmizləyir və məsamələrdən çirkləri təmizləməyə kömək edir.
Bu, daha parlaq, hamar və daha balanslı bir dəri ilə nəticələnir. Xüsusilə yağlı və sızanaqlı dərilərdə məsamələrə tıxanan zibilləri azaldaraq təmizlənməni dəstəkləyir.
2. Dəri iltihabını azaldır
Maqnezium və kalsiumla zəngin dəniz duzu məhlulları sədəf kimi iltihablı dəri xəstəliklərinə sakitləşdirici təsir göstərə bilər.
Bu minerallar qıcıqlanmanı azaldır. Həmçinin dərinin nəm saxlama qabiliyyətini artırır, qaşıntıları aradan qaldırır.
3. Dərini nəm saxlayır
Xüsusilə Ölü dəniz duzu ilə zəngin mineral duzlarla hazırlanan məhlullar dərinin xarici faktorlara qarşı qoruyucu təbəqəsini dəstəkləyir.
Bu, dərinin nəmini daha uzun müddət saxlamasına və ətraf mühit şəraitinə daha davamlı olmasına imkan verir. Duzlu suyun nizamlı və diqqətli tətbiqi uzun müddətdə dəri sağlamlığına müsbət təsir göstərir.
Kimlərə faydalıdır?
Duzlu su, xüsusilə yağlı, sızanaqlı dərilər üçün məsamələrin təmizlənməsində müsbət nəticələr verə bilər. Bununla belə, bu müalicə quru, həssas və ya ekzemaya meylli dərilərdə dəri baryerini zədələyə bilər.
Bu tip dərilərdə duzlu su quruluq, qaşınma və qıcıqlanma kimi mənfi təsirlərə səbəb ola bilər. Dermatoloji xəstəlikləri olan insanlar üçün bu müalicəyə başlamazdan əvvəl peşəkar məsləhət almaq çox vacibdir.
Şüurlu və ölçülü istifadə edildikdə, duzlu su ilə üzün yuyulması dərini aşındırır, iltihabı azaldır.
Bununla belə, bütün dəri tipləri üçün uyğun olmaya biləcəyini xatırlamaq vacibdir.
Aygün
Medicina.az