Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Uzunömürlülüklə saç rəngi arasında əlaqə – Alimlərdən iddia

  • 2020.03.31 12:04
  • 2014 Baxış
Uzunömürlülüklə saç rəngi arasında əlaqə –  Alimlərdən iddia

Saç rəngi uzunömürlülük göstəricisidir.

Alimlər belə qənaətə gəliblər. Onların fikrincə, bunu hipofizin fəaliyyəti ilə müəyyən etmək olar.


Tünd saç rəngi olan insanlar, bir qayda olaraq, yetkinlik dövrünü daha erkən yaşlarda keçirir.


Erkən yetkinlik müəyyən xəstəliklərin, o cümlədən ürək-damar sistemi xəstəlikləri və 2-ci tip diabetin inkişaf riskini artırır.
Bu da ömrün azalmasına səbəb ola bilir. Bunu Kembric Universitetinin Klinik Tibb Məktəbinin alimləri iddia edir.

Alimlər yüz minlərlə insanın genofondlarını təhlil ediblər.

Onlar Saç rəngi və cinsi yetkinliyin hipofizlə birbaşa əlaqələli olduğunu iddia edirlər.

Bu vəz eyni zamanda cinsiyyət vəzlərinin yetkinləşməsini tənzimləyən və piqmentasiyaya təsir edən hormonlar ifraz edir.