Vaksin vurulmadığı üçün qollarını kəsdi

  • 2022.02.04 11:01
  • 1618 Baxış
Vaksin vurulmadığı üçün  qollarını kəsdi
Bakıda 31 yaşlı qadın ona COVID-19 vaksini vurulmadığı üçün intihara cəhd etdiyini bildirib.

Medicina.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bununla bağlı Salyan rayon sakini, 1991-ci il təvəllüdlü S.Ə. polisə müraciət edib. O qeyd edib ki, 2 saylı şəhər poliklinikasında həkim tərəfindən ona vaksin vurulmamasına görə qollarını kəsib.

Araşdırma zamanı isə onun intihara cəhd etdiyi təsdiq olunmayıb. Qadın ona vaksin vurulduqdan sonra artıq şikayətinin olmadığını bildirib.