Valideyn talassemiyadırsa, uşaqda anemiya olur

  • 2023.04.12 18:30
  • 2426 Baxış
Valideyn talassemiyadırsa, uşaqda anemiya olur

“Qanazlığı uşağın inkişafında ləngimələrə səbəb olur”.

"Medicina" xəbər verir ki, bu barədə nazirliyin mütəxəssis eksperti, pediatr Tərlan Əyyubov deyib.

Həkimin sözlərinə görə, anemiya hüceyrələrin bölünməsində, zülalların sintezində, maddələrin qəbulunda problemlər yaradacaq:

“Orqanizmi dəmirlə lazımi dərəcədə təmin etməliyik. Tərkibində dəmir olan qidalara üstünlük verməliyik. Yox, əgər dəmir aşağı düşübsə, dəmir tərkibli preparatlara müraciət etməliyik”.

“ Anemiya irsdən-irsə keçə bilər. Bir çoxunun valideynləri talassemiya xəstəliyindən əziyyət çəkirlər. Bütün bunlar qanazlığına gətirib çıxarır”.

Aygün Musayeva