ABŞ-ın Reno şəhərindən olan bir sənətçi qadın səkkiz düşük, iki hormonal müalicə kursu və saysız-hesabsız mənfi hamiləlik testləri keçirib.
O, heç cür ana ola bilmirdi.
Medicina.az xəbər verir ki, nəhayət ki, möcüzə baş verdi və 43 yaşlı Molli əkizləri Zander və Rayder dünyaya gətirdi. Molli qələbəsinin səbəbini pəhrizindəki dəyişikliyi ilə əlaqələndirir.
Uzun müddət sağlamlıq üçün veqan pəhrizinə riayət edən bir qadın sonda pəhrizinin onun sonsuzluğuna təsir edib-etmədiyini düşündü. Molli ət və yumurta yeməyə başladı və bir neçə ay ərzində hamilə qaldı.
O, qida maddələrinin və sağlam yağların ana olmasında əsas rol oynadığına inanır.
Aygün Musayeva