İtaliyanın Komo şəhərinin meri Alessandro Rapinese şəhər binasından çıxarkən birdən sürətlə gedən velosipedin təkərləri altına düşdü.
Medicina.az xəbər verir ki, o, səlahiyyətlərindən istifadə etmək qərarına gələrək, şəhər mərkəzində velosipedlərin (adi və elektrikli) istifadəsini qadağan etdi.
Alessandro əlavə edib ki, insanlar qərarları şəxsi təcrübəyə əsaslanaraq verməyə meyllidirlər və o, bu təcrübədən öz xeyrinə istifadə etdi.
Qadağa gələn ay qüvvəyə minəcək və bir çox sakin artıq diqqətsiz bir velosipedçi üzündən hər kəsin əziyyət çəkməli olduğundan qəzəblənib. Yeni qaydaların əleyhdarları etiraz olaraq nümayiş və kütləvi velosiped yürüşü təşkil etməyə hazırlaşırlar.
Aygün Musayeva