Vərəmdən ölənlərin sayı azalıb - STATİSTİKA

  • 2019.12.30 14:36
  • 2312 Baxış
Vərəmdən ölənlərin sayı azalıb -  STATİSTİKA
Azərbaycanda vərəmdən ölüm halı azalıb.

Medicina.az-ın xəbərinə görə, bu barədə Səhiyyə nazirliyinin illik hesabatında qeyd olunub.

Vərəmin diaqnostikasının yaxşılaşdırılması, dərmanlara davamlı xəstələrin aktiv müalicəyə cəlb olunması, geniş miqyaslı profilaktik tədbirlərin görülməsi nəticəsində epidemioloji vəziyyətin stabilləşməsinə nail olunub.

Belə ki, son 10 il ərzində qeydiyyatda olan vərəmli xəstələrin sayı hər 100 min nəfərə 121,4-dən 88,1-ə qədər azalıb, bu xəstəlikdən ölüm halları 8,4-dən 4,5-ə enib.