Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin baş giziri, Vətən Müharibəsi Qəhrəmanı Yaşar Hüseynovun anası vəfat edib.
Medicina.az Qafqazinfo-ya istinadla xəbər verir ki, 85 yaşlı Zərnigar Hüseynova bu gün Ağdamın Mirəşelli kənd məzarlığında - digər oğlu şəhid Füzuli Hüseynov və həyat yoldaşı Əhəd Hüseynovun yanında dəfn olunacaq.
10 uşağı olan Zərnigar Hüseyova eyni zamanda şəhid və 3 veteran anası idi.
Qeyd edək ki, Yaşar Hüseynova Vətən Müharibəsi Qəhrəmanı adı verilib, həmçinin “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Evlidir. Bir oğlu, bir qızı var.