Vətən Müharibəsi Qəhrəmanı, polkovnik-leytenant Saleh Həsənovun atası Valeh Həsənov vəfat edib.
Medicina.az xəbər verir ki, o, yaşadığı Goranboy rayonunun Qızılhacılı qəsəbəsində dünyasını dəyişib.
Əslən Göyçədən olan V.Həsənov Goranboyda aşıq və şair kimi tanınıb, bir neçə kitabın müəllifi olub.
Qeyd edək ki, S.Həsənov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Kəlbəcərin, Xocavəndin, Cəbrayılın, həmçinin Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. O, göstərdiyi qəhrəmanlıq nümunəsinə görə çoxsaylı medallarla təltif edilib.