Vətən Müharibəsi Qəhrəmanının toyu oldu

  • 2025.10.23 12:09
  • 202 Baxış
Vətən Müharibəsi Qəhrəmanının toyu oldu

Vətən Müharibəsi Qəhrəmanı Azər Abdullazadə ailə həyatı qurub.

Medicina.az xəbər verir ki, toy məclisində bəyin yaxınları, Vətən müharibəsi qaziləri və digər qonaqlar iştirak edib.

Qeyd edək ki, Vətən Müharibəsi Qəhrəmanı Azər Abdullazadə tankçı kimi Füzuli, Cəbrayıl istiqamətində gedən döyüşlərdə iştirak edib. Cəbrayılın Hacılı kəndi uğrunda gedən döyüşlərdə oktyabrın 11-də tankları vurulur və ağır yaralanır.

Azər Abdullazadə döyüşlərdə göstərdiyi igidliyə görə “Vətən Müharibəsi Qəhrəmanı” adı, “Cəbrayılın azad edilməsinə görə”, “Heydər Əliyevin 100 illik (1923-2023)” yubiley medalı və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.