Nazirliyin vəzifəli şəxsi vəfat etdi

  • 2025.11.04 12:27
  • 252 Baxış
Nazirliyin vəzifəli şəxsi vəfat etdi

Azərbaycanda vəzifəli şəxs vəfat edib.

Medicina.az xəbər verir ki, Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun Uşaq travma və ortopediya bölməsinin elmi rəhbəri Elşən Məhərrəmov dünyasını dəyişib.

Mərhumun ölüm səbəbi açıqlanmayıb.

Qeyd edək ki, Elşən Kamal oğlu Məhərrəmov 1966-cı ildə Bakıda doğulub. O, 1983-cü ildə Nəriman Nərimanov adına Azərbaycan Tibb İnstitutuna daxil olub. 2011-ci ildən Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun Uşaq travma və ortopediya bölməsinin elmi rəhbəri vəzifəsində çalışıb.

Allah rəhmət eləsin!