Video oyunlar uşaqlar üçün ölümcül ola bilər

  • 2022.10.12 14:50
  • 2300 Baxış
Video oyunlar uşaqlar üçün ölümcül ola bilər

Avstraliyalı alimlər videoyunlardan sonra uşaqların huşunu itirib bayılması barədə faktlar tapıb.

"Medicina" xəbər verir ki, ekspertlər oyunlara azartın güclü adrenalin ifrazına səbəb olduğunu bildirir.

Dinamik video oyunlar, məsələn Call of Duty kimi məşhur oyunalr, adrenalini qana normadan çox sıçradır, uşaq orqanizminə zərərli bu sıçrayış ürəyi sürətləndirir.

Elə uşaq var ki, ürəyi zəifdir və ya xəstəliyi var, bu oyunlar zamanı onlar qəfil halsızlaşıb bayıla və ürəyi dayana bilər.

Videooyunlar güclü aritmiya yaradır. Sidneyin Kardioloji mərkəzi 22 uşağın oyunlar zamanı qəfil huşunu itirməsi faktını araşdırıb.

Oyunçular arasında yarış, qazanmağa azart və oyun zamanı həyəcan emosional gərginlik yaradıb.
Bəzi uşaqlar oyun zamanı qısa müddətdə ürək dayanmasından ölüb.

Aritmiyası olan uşaq və yeniyetmələrə ümumiyətlə belə oyunlar qadağandır.

Aygün Musayeva