Virus infeksiyalarından mükəmməl müdafiə

  • 2020.11.05 17:13
  • 18978 Baxış
Virus infeksiyalarından mükəmməl müdafiə


Yuxarı tənəffüs yolları infeksiyalarının tuğyan etdiyi bir zamanda virus və bakteriyalara qarşı tənəffüs yollarının selikli qişasının tamlığı xüsusən vacibdir.

Bu baxımdan selikli qişanın qorunması və regenerasiyası virus infeksiyalarında profilaktika və müalicənin mühüm hissəsidir. Bu məqsədlə biotənzimləyici preparatlardan geniş istifadə edilir. Təbii tərkibli, nanodozalarda olan biotənzimləyici preparatlar orqan və sistemlərin normal fizioloji funksiyalarını dəstəkləyir, əlavə təsiri yoxdur.


Euphorbium compositum – tənəffüs yollarının xəstəliyini törədən bir çox viruslara inhibəedici təsir göstərir, iltihabı aradan qaldırır və tənəffüs yollarının selikli qişasının normal fizioloji funksiyalarını bərpa edir, onun virus infeksiyalarına qarşı müqavimətini artırır. Təbii tərkibli bu spreyin uzun müddət istifadəsi tənəffüs yollarını zədələmir, əksinə, onun daim normal fizioloji halında qalmasını dəstəkləyir ki, bu da virus infeksiyalarından qorunmağın başlıca sərtlərindən biridir. Eyni zamanda zökəm, burun tutulması, burunda qaşınma, asqırma, dad və iybilmənin pozulması, qulağın tutulması/qulaqda ağrı kimi simptomları tezliklə aradan qaldırır.

Beləliklə, EUPHORBİUM COMPOSİTUM virus infeksiyaları zamanı həm profilaktika, həm də müalicə üçün əvəzolunmaz preparatdır!


Profilaktika üçün gündə 2-3 dəfə - hər burun dəliyinə 1 püskürtmə




Vinceel- selikli qişanın iltihabını, selikaltı qatın ödemini, ağız boşluğunun virus və bakterial mənşəli aftlarını, badamcıqların, yumşaq damaq və dilçəyin iltihabını, diş ətinin qanamasını aradan qaldırır.


Profilaktika üçün: gündə 2-3 dəfə - ağız boşluğuna 1 püskürtmə





Yazı “Zəka” Ziyalılar Məclisi İctimai Birliyinin Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra etdiyi “COVİD-19 pandemiyası ilə bağlı əhaliyə tibbi və psixoloji informasiya dəstəyinin təşkili” layihəsi çərçivəsində hazırlanıb.