Vitamin bombası qida Həftədə 3 dəfə yeyin

  • 28 Apr 2022 15:42
  • 1026 Baxış
Vitamin bombası qida    Həftədə 3 dəfə yeyin

Kəsmik insanın gəncliyini uzadır.

Bunu rusiyalı diyetoloq İrina Pisareva deyib.

Onun sözlərinə görə, kəsmiyin tərkibində olan fol turşusu, eləcə də “A”, “E” və “B” vitaminləri insan orqanizminə faydalı təsir göstərir.

Diyetoloq həmçinin bildirib ki, fermentləşdirilmiş süd məhsulunun tərkibindəki komponentlərdən biri xüsusilə görünüşü yaxşılaşdırmağa kömək edir.


“E” vitamini gözəllik vitamini hesab olunur, dərinin möhkəmliyini və gəncliyini qorumağa kömək edir. Həmçinin, kəsmik yaxşı mikroelement tərkibinə, o cümlədən kalsiuma malikdir, bu isə sümük toxumasını gücləndirməyə kömək edir”, - deyə o, bildirib.

Ancaq diyetoloq kəsmiyi hər gün qəbul etməyi məsləhət görməyib.

“İnsanın rasionunda müxtəliflik olmalıdır”, - deyə Pisareva sözlərini yekunlaşdırıb.

Yeri gəlmişkən qeyd edək ki, kəsmiyin mikroelement tərkibində həmçinin kalium, dəmir, maqnezium, natrium, fosfor, sink, xolin, selenium, “C” vitamini və nikotinik turşusu var. Bütün bu maddələr metabolik və bərpa proseslərində, sümük və damar toxumalarının formalaşmasında, həmçinin qanın artmasında fəal iştirak edir.