Vitamin K - Bizə nə üçün lazımdır?

  • 2020.04.02 11:18
  • 6293 Baxış
Vitamin K -  Bizə nə üçün lazımdır?
Vitamin K nədir?

Əksər insanlar K vitamininin mövcudluğu haqqında heç eşitməyiblər. K vitamini A, C, E və B vitaminləri qədər populyar deyil, ama heç bilmirlər ki, vitamin K çox güclü bir qidadır. K vitamini olmadan orqanizmdəki ən vacib proseslər tamamlanmır, bir çox orqanlar öz funksiyasını lazımınca yerinə yetirə bilmir.


K vitamini orqanizm üçün çox vacib qidadır. Sümükləri gücləndirir, kalsium və orqanizmin digər "tikinti materialları" istehsalına “təkan verir”. Bundan əlavə, K vitamin qan laxtalanma prosesini idarə edən vacib bir elementdir. Bu vitaminin iki növü mövcuddur: K1 və K2. Birincisi bitki qidalarında, ikincisi heyvan məhsullarında olur.


Bəs bu vitamin nə üçün tam faydalıdır?
Ürək xəstəliklərinin inkişafının qarşısını alır. Kalsium sümüklər üçün vacib element hesab olunursa, onun qan damarlarında toplanması ölümcül ola bilir. Vitamin K2, damarlarda kalsiumun toplanmasının qarşısını alır, bu da öz növbəsində ürək-damar xəstəliklərinin qarşısını alır.

Dişlər üçün çox faydalıdır

Protein osteokalsin, çürük və karies əmələ gəlməsinin qarşısını alır, dişlərin əsas qoruyucusudu və protein yalnız K vitamini ilə tandemdə daha aktivləşir

Sümükləri gücləndirir

Zamanla sümüklərimiz qeyri-üzvi maddələrin bir hissəsini itirir və daha kövrək olurlar. Orqanizmdə kifayət miqdarda K vitamin mövcudluğu vücudda kalsiumu aktivləşdirməyə başlayır, onları gücləndirir və qırıq riskini azaldır.

Hansı qidaların tərkibi K vitamini ilə zəngindir?

K vitamini menyu əlavələri şəklində qəbul edilə bilər, ancaq onu qidadan almaq daha yaxşıdır. Unutmayın ki, K vitamini yağda həll olunur. Yəni vitamin K yağların orqanizm tərəfindən udulması üçün vacib faktordur. Üstünə yağlı qida əlavə etmədən bir boşqab ispanaq (K vitamini ilə çox zəngindir) yeyirsinizsə, ondan bir qram da olsun vitamin ala bilməyəcəksiniz. Ən çox K vitamini olan qidalar:

kələm
ispanaq
turp
gül kələm
brokoli
qulançar
xiyar
soya
yaşıl lobya

brüssel kələmi
göyərti
balqabaq
qoz-fındıq
qara qarağat




Omega-3 və omega-6 yağ turşu tərkibli qidalarla "yaxşı yola gedirlər". Onları birlikdə bişirərək, yalnız ləziz yemək deyil, həm də orqanizm üçün çox böyük fayda əldə edəcəksiniz.