Vüqar Qurbanovdan ilk paylaşım - Hörmətlə yanaşıram

  • 2026.02.16 17:58
  • 200 Baxış
Vüqar Qurbanovdan  ilk paylaşım    -  Hörmətlə yanaşıram


Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sabiq rəhbəri Vüqar Qurbanov tutduğu vəzifədən kənarlaşdırılması barədə sosial şəbəkə hesabında açıqlama yayıb.

Medicina.az xəbər verir ki, keçmiş icraçı direktor qeyd edib ki, qurumun Müşahidə Şurası tərəfindən qəbul edilən qərara hörmətlə yanaşır.

"TƏBİB-də çalışdığım müddət ərzində başlıca hədəfimiz əhaliyə təqdim olunan tibbi xidmətlərin səviyyəsini yüksəltmək olub. Bu işdə əziyyəti olan hər kəsə minnətdarlığımı çatdırıram", - deyə o, vurğulayıb.

medicina.az