Vüsalənin səhhətində problem yarandı

  • 2026.04.16 19:01
  • 121 Baxış
Vüsalənin səhhətində problem yarandı

Aparıcı Vüsalə Əlizadənin səhhətində problem yaranıb.

Medicina.az xəbər verir ki, aparıcı səhhətində yenidən problem yarandığını açıqlayıb.

O, sosial şəbəkə hesabında paylaşdığı videoda özünü yaxşı hiss etmədiyini bildirib. Aparıcının sözlərinə görə, təzyiqi qəfil qalxıb və bu səbəbdən planlaşdırılan canlı yayıma çıxa bilməyib.

Vüsalə Əlizadə daha sonra vəziyyətinin stabilləşdiyini qeyd edərək, artıq özünü yaxşı hiss etdiyini və yenidən efirə qayıtdığını vurğulayıb.